Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:03

Qubada hər gün bir daşı qopub düşən qədim abidə- [Video]


Qubanın 3 adlı tək problemli hamamı
Gözlə

No media source currently available

0:00 0:05:51 0:00

Qubanın 3 adlı tək problemli hamamı

-
Qubada köhnə bir hamam var – el arasında adına «günbəz hamam», «çuxur hamam», «Bekir bəy hamamı» deyirlər. 19-cu əsrin əvvəllərində tikilib. Abidə dağılıb yox olmaq üzrədir.
28 İL ƏVVƏL QAPILARI QIFILLANDI
Qubalılar unikal quruluşa malik olan bu hamamda sonuncu dəfə 28 il əvvəl çirk töküblər. 1985-ci ildə hamamın qapıları istifadəçilərin üzünə qapanıb. Ətrafı dəmir barmaqlıqlarla hasarlanıb. O gün – bu gün, düz 28 ildir ki, artıq ətrafındakı hasarları da əyilmiş kompleks baxımsız vəziyyətdədir.
Quba sakini, tarix müəllimi Elxan Məmmədov hamam kompleksinin keçmişindən danışır:
«Bu hamam yerli əhali tərəfindən tikilib. Türk hamamı dizaynındadır. Tarixi abidənin tikilməsində yerli materiallardan istifadə edilib. Unikal konstruktiv quruluşu var. Yay-qış, içərisində eyni temperatur olurdu».
Qubalılar deyirlər ki, bu boyda hamam 1-cə şamla qızdırılırmış. Ancaq Elxan Məmmədov bu söhbətdə bir qədər şişirtmə olduğunu deyir:
«Su, az yanacaq istifadə etməklə qızdırılırdı. Buxar hissəsi döşəmənin altında olduğuna görə, az yanacaqla yüksək istilik əldə etmək mümkün idi. Hamama lazım olan su əvvəlcə arxlar vasitəsilə şəhərin yuxarı hissəsindən gətirilirdi. O zaman əhalinin sayı az idi, adamlar təmizkar idi. Hamama gələn su içməli olduğuna görə, o arxlara zibil atmırdılar. Əhali artdıqca, suyun təmizliyini qorumaq da çətinləşdi. Ona görə də novlar düzəltməli oldular. Hamama su, həmin novlar vasitəsilə ötürülürdü».
«GƏLƏN İL DÜZƏLƏCƏK»
Müsahibimin sözlərinə görə, 19-cu əsrdə Qubada tanınmış bəylərdən olan Bəkir Mehrəliyev bu hamama çox get-gəl edirmiş. Məhz onun sayəsində həftənin bir gününü kişilər, bir günü isə qadınlar hamamdan pulsuz istifadə edirmiş. Beləcə, adamlar buranı həm də «Bəkir bəy» hamamı adlandırırlarmış.
Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Söhrab Əmrahov
Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Söhrab Əmrahov
1985-ci ildə hamamın kanalizasiya sistemi sıradan çıxır. Hamam istifadəçilərin üzünə bağlanır. 80-ci illərin sonunda hamamda təmir işləri başlansa da, yarımçıq qalır. Həmin ərəfədə yeni yaranan ayrı-ayrı kooperativ idarələr hamamın binasından müxtəlif təyinat üçün istifadə etməklə abidəni qoruyub saxlamaq təklifi irəli sürüblər. Ancaq bu da alınmayıb.
Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Söhrab Əmrahov isə köhnə, dağılmaqda olan hamam kompleksi ilə bağlı nikbin fikirdədir:
«Hündür, günbəzli hamam yerli əhəmiyyətli tarixi abidə olmaqla Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə tarixi abidələr siyahısına daxil edilib. İçərisində, ətrafında vaxtaşırı müəyyən abadlıq işləri aparsaq da, yenə ciddi təmirə ehtiyacı var. Bu barədə dəfələrlə yerli İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə məlumat vermişik».
Söhrab Əmrahov hamamın restavrasiyasının gələn il baş tutacağını deyir.
XS
SM
MD
LG