Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 22:10

İraqda polis bölməsinə hücum olub


-
Sentyabrın 21-i səhər saatlarında İraqın Baici şəhərində dörd intiharçı polis bölməsinə hücum edib.

Altı xüsusi təyinatlı ölüb. Atışmada hücum edənlərdən biri öldürülüb, qalanları isə əsgərlər hadisə yerinə gələn vaxt partlayıcı qurğunu işə salıb ərazidən uzaqlaşıblar.

Baici paytaxt Bağdadın 180 kilometrliyində yerləşir.

Hələ ki, hadisənin arxasında kimin dayandığı məlum deyil.

BMT-nin məlumatına görə, zorakı hücumlar nəticəsində təkcə avqust ayında İraqda 800-ə yaxın adam ölüb.
XS
SM
MD
LG