Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:01

Pakistan «Taliban» liderini azad edib


-
Pakistan hökuməti əfqan taliblərinin lideri, səhra komandiri Abdulla Hani Baradar-ı azadlığa buraxıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən «France-Presse» məlumat verir.

Əfqanıstan hakimiyyəti uzun müddət həmin şəxsin azad olunmasını tələb edib.

Hakimiyyət hesab edir ki, həmin şəxsin buraxılması taliblərlə sülh danışıqları aparmağa yardım edə bilər.

Baradar 2010-cu ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Pakistan xüsusi xidmət orqanları ilə birgə Kəraçidə keçirdiyi əməliyyat zamanı tutulub. Həmin vaxt o, əfqan taliblərinin iyerarxiyasında ikinci adam hesab edilirdi.
XS
SM
MD
LG