Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:09

Əfqanıstanlı qubernator Talibana qoşulub


Əfqanıstanda Sar-e Pul vilayətində bölgə qubernatoru Qazi Abdul Hai Talibanın tərəfinə keçib. Vilayətin rəsmiləri bildiriblər ki, o həftənin əvvəlindən cangüdənləri ilə birgə yoxa çıxıb. Talibanın internet saytında yerləşdirilən videoda Hai bildirib ki, Prezident Hamid Karzai və onun Qərbdə dəstəkləyənlərin siyasətindən məyus olduğu üçün üsyançılara qoşulub.

Qazi Abdul Hai bu günə qədər üsyançıların tərəfinə keçən ən yüksək vəzifəli məmurdur.
XS
SM
MD
LG