Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:00

«Quba Soyqırımı Memorial Kompleksi»nin açılışı olub


-
Sentyabrın 18-də Qubada «Quba Soyqırımı Memorial Kompleksi»nin açılışı olub.

Kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Kompleksdəki bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

Burada aşkarlanan kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanıldığı bildirilir.

Bu məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq üçün Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd tikilib.
Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da var.

Kompleksin açılışında prezident İlham Əliyev də iştirak edib.

Quba məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.

Quba məzarlığı Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqdır. Burada 1918 ildə daşnak-bolşevik qüvvələrinin öldürdüyü azərbaycanlılar və yəhudilər basdırılıb.

İndiyədək burada 400 insan qalığı tapılıb.
XS
SM
MD
LG