Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:30

“Nigar Köçərli haqlıdır”


Sayman Aruz
Sayman Aruz
-

“Nigar xanım haqlıdır. Elə mənim otağım da az qala kitab anbarını xatırladır. Hər yerindən duran gic-gici yazılarını bir yerə yığıb kitab şəklində çap edir. Adını da qoyur yazıçı və özünə bazar axtarır. Sonra da kitabını aparıb verir Nigar Köçərliyə ki, "sat, qoy, xalq ədəbiyyatın nə olduğunu bilsin". Yazıq qəbul etsə də pis duruma düşür, etməsə də”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin “Güney ədəbiyyatı şöbəsi”nin rəhbəri, yazıçı Sayman Aruz deyib.

Xatırladaq ki, "Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərlinin “Pen klub” verilişində çıxışı yazıçılar arasında narazılığa səbəb olub. O, yazıçıların kitablarının satılmamasını onların zəif yazması ilə əlaqələndirib. Yazar Vahid Qazinin kitablarının isə ümumiyyətlə satılmadığını deyib.

S. Aruz hesab edir ki, bəzi ciddi imzaların da oxucusunun olmaması Nigar Köçərlinin deyil, dövlətin problemidir:

“Həqiqət budur ki, indi yazardan çox, yazıçılığı özünə kafeyə getmək kimi bir iş eləyənlər var. Adı çəkilən dostlar içində isə çox ciddi imzalar var. Məncə, Vahid Qazi ciddi ədəbiyyat adamıdır. Əslində, bu cür yazarların əsərlərinin satılmamasının bir səbəbi var. O da dövlətin ədəbi sahədə siyasətinin olmamasıdır. Keçmişdə dövlətlər öz ədəbiyyatlarını yaradır, ciddi şəkildə təbliğ edirdi. Biz müstəqil dövlət olaraq bu milli ədəbiyyatımızı yaratmalıyıq ki, Vahid Qazi və onun kimi dostlarımızın kitabları satılsın”.

AzNews.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG