Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:08

Google Üzeyir Hacıbəyovun doğum gününü qeyd edir


Google şirkəti Üzeyir Hacıbəyovun anadan olduğu günü xüsusi doodle, logo hazırlamaqla qeyd edib.

Doodle-larda Ü.Hacıbəyovun əsərlərinin qəhrəmanları əks olunub.

Sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun doğum günüdür. O, 1885-ci ildə Şuşada anadan olub.

Bu günü musiqisevərlər Milli Musiqi günü kimi qeyd edir.

Bu ənənənin təşəbbüskarı isə Niyazi olub.

Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü qeyd edirmiş. 1995-ci ildən bəstəkarın doğum günü Milli Musiqi Günü kimi qeyd olunur.

Ü. Hacıbəyov 1907-ci ildə Şərqdə ilk operanı - “Leyli və Məcnun”u yazıb.

O, 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib.
XS
SM
MD
LG