Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Beyləqanda qadınlar aksiya keçirib


Arxiv foto
Arxiv foto
-

Sentyabrın 17-də Beyləqan rayonunun Milabad qəsəbəsindən olan bir qrup qadın Beyləqan-Daşburun avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirib. Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından Afət İbrahimoava məlumat verib.

“Bizim evlərimiz 10 ilə yaxındır qrunt suları içərisindədir. Hər yerə müraciət etmişik, bizim müraciətlərə baxan yoxdur. Yaşaya bilmirik. Biz yolu bağladıq ki, bəlkə problemimizi həll edən oldu. Amma polis hamımızı döyüb ərazidən uzaqlaşdırdı. İndi icra hakimiyyətinin üç nümayəndəsi gəlib evlərə baxmağa,lakin çəkmələri olmadığından bizim evə girə bilmədilər”

Ərazidə olan rayon icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov qəsəbədəki problemlərin mövcudluğunu təsdiqləyir.

“Biz Milabaddayıq. Camaatla bir-bir həyətləri gəzirik ki, onlara nə yardım edə bilərik. Çoxdandır ki, bu qəsəbə qrunt suları içərisindədir. Amma bunu həll etmək rayon icra hakimiyyətinin gücü daxilində deyil. Bu problemin aradan qaldırılması ilə bağlı layihə hazırdır, maliyyə tranşının açılmasını gözləyirik”.

Problemin aradan qaldırlmasına nə qədər vəsait tələb olunmasına gəlincə, Telman Məstanov bu barədə dəqiq məlumat verə bilməyəcəyini deyir.

Qəsəbə sakinləri isə bildirirlər ki, bir müddət əvvəl rəsmilər onlara problemin aradan qaldırlması üçün 6 milyon manat vəsait lazım olduğunu deyiblər.

Rayon polisi aksiya iştirakçılarına qarşı zorakılıq barədə deyilənləri təkzib edir. Polis şöbəsindən AzadlıqRadiosuna deyildiyinə görə, onlar yolu açmaq üçün qadınları ərazidən uzaqlaşdırıblar, amma bu zaman heç kimə qarşı zorakılıq edilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG