Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:28

Tehran ABŞ-la qarşılıqlı etibara hazır olduğunu deyir


Hassan Rohani
Hassan Rohani
Tehran mübahisəli nüvə proqramı ilə bağlı Birləşmiş Ştatlarla qarşılıqlı etibara hazırdır.
Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarifi bazar ertəsi Livanın Əl Meydan televiziya kanalına müsahibəsində deyib.

ABŞ prezidenti Barack Obama bundan bir gün əvvəl ABC televiziyasına iranlı həmkarı Hassan Rohani ilə onun arasında mktub mübadiləsi olduğunu bildirib.

BMT-nin baş assambleyasının Nyu-Yorkda keçirilən növbəti sesiyası çərçivəsində ABŞ və İran prezidentləri arasında görüş ola bilər.Əgər görüş baş tutsa , bu 1977-ci ildən bu yana iki ölkə prezidentinin təkbətək ilk görüşü olacaq.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dincə məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG