Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Polis müəllimlərin aksiyasını dağıdıb


-
Sentyabrın 13-də Meksikanın paytaxtında aksiya keçirən müəllimlərlə polislər arasında toqquşma olub.

Etirazçıları dağıtmaq üçün polislər gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

30-a yaxın etirazçı saxlanıb.

Hakimiyyət nümayəndələri bildiriblər ki, məqsəd müstəqillik gününə qədər Mexikonun mərkəzi meydanını aksiyaçılardan təmizləməkdir.

Bir neçə həftə əvvəl müəllimlər ölkə prezidenti Enrique Pena Nieto-nun təhsil islahatlarına etiraz olaraq mərkəzi «Sokalo» meydanda plakatlar asmışdılar.
XS
SM
MD
LG