Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:20

İlqar Məmmədov və Əli Əliyevin namizədliyi qeydə alınmadı


İlqar Məmmədov, Əli Əliyev və Sərdar Cəlaloğlu
İlqar Məmmədov, Əli Əliyev və Sərdar Cəlaloğlu
-
Mərkəzi Seçki Komissiyası sentyabrın 13-də keçirilən iclasında həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun, eləcə də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin namizədliyini qeydə almayıb.

Əli Əliyevin təqdim etdiyi 42634 imzadan 5571-nin, İlqar Məmmədovun təqdim etdiyi 41 247 imzadan 4982-nin etibarsız çıxdığı bildirilir.

MSK sədri Məzahir Pənahovun sözlərinə görə, İlqar Məmmədovun imzalarının sayılmasında beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyindən nümayəndələr də iştirak edib: “Ümumiyyətlə, bizim atdığımız addımlarda qaranlıq heç nə yoxdur”.

MSK üzvü Akif Qurbanov bu haqda suala əsaslandırılmış cavab almadığını deyərək iclası tərk edib. Qurumun rəhbəri isə onun bu hərəkətinin publikaya hesablandığını deyib.

REAL üzvü Natiq Cəfərli deyir ki, bu qərara əvvəldən hazırlıqlı olublar: “Bu siyasi qərardır. Durub deyəsi deyillər ki, biz siyasi sifarişi yerinə yetirmişik. Ona görə də imzaların etibarsız olduğunu söyləyirlər. Ancaq imzaların etibarsız çıxması mümkün deyildi. İmzalar bir-bir yoxlanıb, etibarsız sayıla biləcək heç bir imza MSK-ya təqdim edilməyib”.

Natiq Cəfərliyə görə, İlqar Məmmədovun seçkiyə buraxılması cəmiyyətdə yeni dalğa, yeni maraq, yeni həvəs oyada bilərdi. “Ona görə də özlərinə problem yaratmadılar. İlqar Məmmədov seçkiyə buraxılsaydı həm də azadlığa çıxmalıydı” deyə REAL üzvü bildirir.

MSK bugünkü iclasında Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun namizədliyini qeydə alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG