Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

Cəmil Həsənlinin namizədliyi qeydə alınıb


Cəmil Həsənli
Cəmil Həsənli
Mərkəzi Seçki Komissiyası Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyini qeydə alıb.

Bu barədə Komissiyanın katibi Arifə Muxtarova məlumat verib.O bütün imza vərəqələrinin yoxlandığını və hər şeyin qaydasında olduğunu bildirib.

Ümumilikdə indiyədək 21 nəfərin namizədliyi irəli sürülüb, onlardan 8-i rəsmi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG