Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Böyük sayda suriyalı qaçqın Qarabağda yerləşdirilir


Suriyadan qaçan ermənilər Yerevan hava limanında. 17 avqust 2012-ci il.
Suriyadan qaçan ermənilər Yerevan hava limanında. 17 avqust 2012-ci il.
-


QARABAĞDAKI REJİMDƏN SURİYALI QAÇQINLARA VƏDLƏR

Qarabağı nəzarətdə saxlayan erməni rejimin rəhbərliyi Suriyadan qaçan erməniləri qəbul etməyə hazır olduğunu bildirir.

Bu barədə Qarabağda özünü Baş nazirin müavini kimi təqdim edən Artur Ağabekyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib: “Onlar bizim diqqət mərkəzimizdə olacaqlar. Söhbət hər bir şəxsə, ailəyə qayğıdan gedir.”

Ötən həftə Ermənistanın Baş naziri Tiqran Sargsyan da yaxınlarda Suriyadan böyük sayda qqaçqın erməni gözlədiklərini bildirib. O, həmin insanların yerləşdirilməsi üçün Qarabağdakı rejimin rəhbərliyi ilə müzakirələr apardıqlarını və artıq konkret addımlar da atdıqlarını deyib.

Ağabekyanın dediyinə görə artıq köçkünlərin yerləşdirilə biləcəkləri boş evlərin siyahısı tutulur.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, son aylar əsasən işğal altında olan laçın rayonuna Suriyadan qaçmış 30-a yaxın erməni ailəsi yerləşdirilib. Bu ailələrin əksəriyyəti kənd təsərrüfatı işləri ilə məşğuldurlar. Onların bir hissəsi evlə də təmin edilib.

Qarabağdakı rejim daha çox sayda suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bildirrək onları 2 ilə ev və işlə təmin etməyi də vəd edir.


BAKININ ETİRAZLARI ERMƏNİLƏRİN VECİNƏ DEYİL

Azərbaycan Qarabağın Suriyadan gələn ermənilərlə məskunlaşdırılmasına kəskin etirazını bildirir. Bu ilin iyulunda Bakı artıq işğal olunmuş ərazilərə yerləşdirilən erməni ailələrinin siyahısını BMT-yə təqdim edib. O zaman Qarabağ rejimi həmin siyahıda göstərilənlərdən heç birinin Qarabağda olmadığını bildirmişdi.

Artur Ağabekyan Bakının etirazlarına baxmayaraq qaçqınların Qarabağda yerləşdirilməsini davam etdirəcəklərini deyir: “Qaçqınlara yardım etmək şərəfli işdir. Beynəlxalq ictimaiyyət adətən belə işlərə adekvat reaksiya verir. Əgər Azərbaycan buna qarşı çıxış edirsə, ilk növbədə BMT qarşısında bunu əsaslandırmalıdır. Ümumilikdə, Azərbaycanın bu məsələdə hansı mövqedə durmasının bizə o qədər də aidiyyatı yoxdur.”

1990-cı illərin əvvəllərində bir neçə illik müharibədən sonra erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonu işğal ediblər. Bu ərazilər beynəlxalq qanunlarla Azərbaycan sərhədləri daxilində olsa da Bakı onlara nəzarət edə bilmir.
XS
SM
MD
LG