Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:30

iPhone-un yeni modelləri gəldi


iPhone-un yeni modelləri təqdim edildi (Rus dilində)
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

iPhone-un yeni modelləri təqdim edildi (Rus dilində)

-

"Apple" şirkəti iki yeni iPhone modelinin təqdimatını keçirib.

Bunlardan biri iPhone 5C-dir. Korpusu plastikdir, Displeyi 4 inçdir (təxminən 10 sm.). Bu modelin 16 giqabaytlıq versiyası 549 dollar, 32 giqabaytlıq versiyası isə 649 dollaradır. iPhone 5C beş rəngdə buraxılacaq: ağ, sarı, mavi, yaşıl və çəhrayı.

Digər yeni model - iPhone 5S-in isə 3 rəngdə: qızılı, qara və ağ. Şirkət bildirir ki, 64 bit-lik çipi bu modelə iPhone 5-dən iki dəfə sürətlə işləməyə imkan verəcək. Bundan başqa barmaq izi sensoruna malik olacaq. Bu da telefon sahibinin təhlükəsiz şəkildə on-line bazarlıq etməsinə şərait yaradacaq. Qiyməti 649-849 dollar arası olacaq.

Hər iki modelin qiymətləri "Apple"ın əvvəlki modellərinə nisbətən ucuzdur.

"Apple" əvvəllər ildə bir yeni model buraxardı. İndi 280 milyard dollarlıq smartfon bazarında başqa şirkətlərlə rəqabətdə uduzmamaq üçün strategiyasına dəyişiklik edib. Qiymətin nisbətən ucuzlaşması da bununla bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG