Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:16

Elman Abdullayev: " Nizami Gəncəvi Azərbaycan şairidir"


Elman Abdullayev
Elman Abdullayev
Azərbaycan Xarici İşlər Nazirliyi Gəncəvinin məqbərəsində aparılan təmir-bərpa işləri ilə bağlı İran tərəfinin bəyanatına münasibət bildirib.

Nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib ki, Nizami Gəncəvi Azərbaycan şairidir, o Azərbaycanda doğulub və Azərbaycan xalqının qürurudur. Bu, hətta müzakirə mövzusu belə ola bilməz-deyə o vurğulayıb.

Qeyd edək ki, İran XİN-in yeni sözçüsü Mərziyə Əfxəm sentyabrın 10-da keçirdiyi ilk mətbuat konfransında Nizami Gəncəvinin Gəncədəki məqbərəsindən onun fars dilində olan kitablarının götürülməsinə münasibət bildirib

Sozçü deyib ki, əgər söhbət şeirlərin fars dilindən türk dilinə tərcüməsindən gedirsə bu yenilikdir.Yox əgər bu hansısa təxribat və ya irqçilik məqsədi güdürsə onda mədəniyyətə zidd hərəkətdir. “Ümid edirəm ki, Azərbaycan öz mədəniyyətinin inkişafı və dəyərinə İran mədəniyyətinin tərkib hissəsi kimi diqqət göstərər”-deyə o vurğulayıb.
XS
SM
MD
LG