Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Prezidentliyə iddiaçı Ərəstun Oruclu mübarizədən geri çəkilir


Ərəstün Oruclu
Ərəstün Oruclu
Prezidentliyə iddiaçı, “Şərq-Qərb” Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeydiyyatı üçün lazım olan 40 min seçici imzasını toplaya bilməyib. Bu barədə o, facebook səhifəsində yazıb.

“Bizim üçün seçkilər bitdi. Biz müxtəlif səbəblərdən tələb olunan sayda imza toplaya bilmədik”, deyə Oruclu yazır.

Turanın suallarına cavab verən Oruclu bildirib ki, o, müxalifət namizədini dəstəkləmək fikrindədir: "Sağlam mühit olarsa, müxalifət namizədlərinin şansı daha yüksək olar, “Lakin reallıq belədir ki, bütün resurslar hakimiyyətin əlindədir və möcüzə gözləməyə dəyməz. Seçkilərin saxtalaşdırılması ənənəsi var və buna görə formal nəticələri əvvəlcədən təxmin etmək mümkündür”, deyə o bildirib.
XS
SM
MD
LG