Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:35

Avropa Birliyi Ermənistanın Gömrük İttifaqına qoşulmasına təəssüflənir


Avropa Parlamentinin onun xarici əlaqələr komissiyasının sədri Elmar Brok
Avropa Parlamentinin onun xarici əlaqələr komissiyasının sədri Elmar Brok
-

«Mən bundan çox təəssüflənirəm. Bunu Ermənistan prezidenti ilə müzakirə etmişəm», bunu Avropa Parlamentinin üzvü və onun xarici əlaqələr komissiyasının sədri Elmar Brok Ermənistanın Gömrük İttifaqına daxil olmaqla bağlı qərarına münasibət bildirərkən deyib. O, AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak-ın suallarını cavablandırıb:
«Bilirik ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı çətin duruma görə Rusiyanın inanılmaz təzyiqi altındadır. Ermənistan kimi kiçik ölkə belə bir qərar qəbul etmək üçün şantaj olunub. Ona görə məyusam ki, müəyyən şərtlərə görə, hüquqi baxımdan, eyni zamanda həm Gömrük İttifaqının üzvü olmaq, həm də Avropa Birliyi ilə assosiasiya razılaşması və azad ticarət zonasına dair saziş bağlamaq mümkün deyil».
- Avropa Birliyinin Ermənistanla gələcək münasibətləri necə olacaq?
- Hər bir ölkə ilə qurduğumuz münasibət kimi olacaq, ancaq Avropa perspektivindən yox.
- Artıq bəzi arqumentlər olub ki, AB Ermənistanı məyus etdiyi üçün o, Gömrük İttifaqına meyllənib. Bu barədə nə düşünürsünüz?
- Məncə, bu, öz əhalisinə hesablanmış təbliğatdır. Onlarla sazişi müzakirə etməyə və Vilnüsda bunu irəlilətməyə hazır idik. Məncə, məsələ, çox aydındır, səbəb Rusiyanın şantajıdır.
Ermənistanın Vilnüs görüşünədək mövqeyini dəyişmək şansına gəlincə, Brok deyib ki, buna ümid edir.
Ermənistan prezidenti Serzh Sarkisian sentyabrın 3-də bildirib ki, ölkəsi Gömrük İttifaqına qoşulmaq haqda qərar verib: «Bu istiqamətdə lazımi addımlar atılacaq və Ermənistan daha sonra Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak edəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG