Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 23:21

Amerikalı konqresmen Suriyaya mümkün hərbi müdaxiləni dəstəkləyir


John Boehner
John Boehner
ABŞ Konqresi  Nümayəndələr Palatasının sədri John Boehner Suriyaya qarşı mümkün hərbi müdaxiləni dəstəkləyəcəyini bəyan edib.

Vaşinqton Post qəzetinin yazdığına görə bunu onun özü Ağ evdə prezident Barack Obama ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.Boehner hesab edir ki, onun Konqresdəki həmkarları da bu cür addım atmalıdır.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini üsyançılara qarşı kimyəvi silah işlətməkdə ittiham edir. Suriya hökuməti ittihamı rədd edir.
XS
SM
MD
LG