Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:12

Cəmil Həsənlinin Seçki Strateji Mərkəzi yaradılıb


Cəmil Həsənli
Cəmil Həsənli
-
Sentyabrın 2-də Müsavat Partiyasında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının toplantısı olub.

Toplantıya Milli Şurada təmsil olunan partiyalar və ziyalılar qatılıb. Tədbir prezidentliyə namizəd Cəmil Həsənlinin şəxsi təşəbbüsü və iştirakı ilə baş tutub.

Toplantıda Milli Şuranın vahid namizədinin imzatoplama kampaniyasının gedişi ilə yanaşı, Milli Şuranın seçkilərə hansı şüarla gedəcəyi də müzakirəyə çıxarılıb. Seçki qərargahının rəhbərləri Arif Hacılı və Həsən Kərimovun bugünədək toplanan imzalar barədə hesabatları diqqətə yetirilib.

Toplantıda Cəmil Həsənlinin Seçki Strateji Mərkəzi də yaradılıb. Seçki məsələləri qərargahının rəhbərlərindən Həsən Kərimovun dediyinə görə, indən belə seçki məsələləri ilə bu mərkəz məşğul olacaq:

«Seçki qərargahına gələcəkdə hansı bölgələrdə mitinq keçiriləcəyini müəyyən etmək tapşırıldı. Belə qərara gəlindi ki, Seçki Strateji Mərkəzi vaxtaşırı toplanıb Cəmil Həsənlinin qaldırdığı problemləri müzakirə etsin və birgə qərar çıxarsın».

Milli Şuranın növbəti geniş toplantısı sentyabrın 3-də keçiriləcək.
XS
SM
MD
LG