Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:48

Əfqanıstanda ABŞ bazasına hücum edilib


Foto arxiv
Foto arxiv
Əfqanıstanın cənubunda-Pakistan sərhəddinin yaxınlığında ABŞ bazasına hücum edilib.

Nanqarhar əyalətinin rəsmisi hücumun bu gün səhər talibançılar tərəfindən tərədildiyini deyir.Hazırda bölgədə Əfqanıstan ordusu ilə talibançılar arasında döyüş gedir.

NATO komandanlığı hərbçilər arasında itki olmadığını bildirir. Həmçinin Taliban hücumu təsdiqləyib və bir neçə tankın məhv edildiyini bəyan edib. Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG