Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:38

Gəncədə imzatoplayan müsavatçının saxlandığı deyilir


-
Bu barədə Müsavat partiyasınn Gəncə şəhər təşkilatının sədri Oktay Zeynallı məlumat verib. Bildirib ki, Muxtar Hacıyev küçəsində imzatoplayan, Müsavat partiyasının üzvü Ramiz Abdullayev polisə aparılıb.
Məlumata görə, sakinlərdən biri polisə müraciət edib.
Oktay Zeynallı deyir ki, şikayət edən sakin YAP-nın dəstəkçisi olduğunu vurğulayıb.
1 saatadək dindirilmədə saxlanılan Ramiz Abdullayev sərbəst buraxılıb.
Müsavatçının nə üçün saxlanılması barədə polis şöbəsinin növbətçi hissəsindən məlumat verilmir.
Gəncə şəhər polis şöbəsinin rəis müavini İlqar Balakişiyev Azadlıq Radiosuna bildirib ki, bu gün heç bir müxalif mövqeli imzatoplayan şəxs saxlanılmayıb.
XS
SM
MD
LG