Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 19:54
Avqustun 29-da Mərkəzi Seçki Komissiyasının yığıncağında namizədliyi «Demokratik Qüvvələrin Milli Şurası» Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Cəmil Poladxan oğlu Həsənlinin prezidentliyə namizədliyi təsdiqlənib.

MSK katibi Arifə Muxtarova bildirib ki, C. Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə C. Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bu arada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sənədləri isə təsdiq üçün MSK-ya təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG