Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:51

«Xəzər-Lənkəran»ın Qusardan olan azerkeşi saxlanıb


-
«Xəzər-Lənkəran»-«Neftçi» matçında baş verən insidentlə bağlı saxlananlar dindirilir.

Bu barədə AzadlıqRadiosuna saxlananlardan biri – 19 yaşlı Elman Tağıyevin anası Emilya Şərifova məlumat verib. Onun dediyinə görə, oğlu uşaqlıqdan «Xəzər-Lənkəran»a azarkeşlik edir. Avqustun 22-də Qusardan Lənkərana – dostugilə futbolu izləməyə gedib:

«Oğlum həmişə bu komandanın oyunlarını stadiondan izləyib. Mən insidentdən televiziyadan xəbər tutdum, sonradan öyrəndim ki, saxlananlar arasında mənim oğlum da var. Lənkəran polisində işi aparan müstəntiqlə danışdım. O bildirdi ki, cinayət işi açılıb, iş araşdırılır. Saxlananlar dindirilir, ifadələri alınır».

Avqustun 25-də Lənkəranda «Xəzər-Lənkəran»-«Neftçi» oyunun fasiləsində azarkeşlər arasında qarşıdurma yaranıb. İnsidentlə əlaqədar 7 nəfər saxlanıb.

Hadisəylə bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

AFFA İntizam Komitəsi «Xəzər-Lənkəran»ı 19 min, «Neftçi»ni isə 7 min manat cərimələyib. Hər iki komandaya qarşı bir sıra məhdudiyyətlər qoyulub.
XS
SM
MD
LG