Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

Zabrat-Pirşağı yolunun yenidən qurulmasına başlanılıb


Bakıda Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yenidənqurma işlərinə başlanılan mövcud yolun uzunluğu 9 km, eni isə 7 m təşkil etməklə iki hərəkət zolağından ibarətdir. Layihə üzrə yolun 4 hərəkət zolağına uyğun yenidən qurulması nəzərdə tutulur.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, hazırda ərazidə işlər sürətlə davam edir. İşlərin bu ilin payız aylarında yekunlaşdırılması planlaşdırılır.
XS
SM
MD
LG