Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 05:58

Danimarkada Azərbaycan məktəbi açıldı (Video)


Danimarkada Azərbaycan məktəbi
-

Kopehnagende azərbaycanlı uşaqlar üçün "Ana dili" məktəbi fəaliyyətə başladı.

Vətən Cəmiyyətinin saytı xəbər verir ki, məqsəd Danimarkada məskunlaşan azərbaycanlı ailələrin uşaqlarına öz dilində sərbəst yazıb oxumağı öyrətmək, öz tarixi, mədəniyyəti barədə məlumat verməkdir.

Həmçinin bundan sonra azərbaycanlı uşaqlar öz danimarkalı yaşıdlarının Azərbaycan, onun mədəniyyəti haqda suallarına daha dolğun cavab vermək imkanı qazancaqlar.

Məktəbin məşğələləri şənbə günləri keçirilir.

Məktəbin açılmasına Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Britaniyadakı səfirliyi dəstək verib.

XS
SM
MD
LG