Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:00

İlqar Məmmədovun vəkili MSK-nı məhkəməyə verir


-
Avqustun 26-da prezidentliyə namizəd İlqar Məmmədovun vəkili Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.

Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, onlar MSK-nın REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı çıxardığı 24 avqust qərarını qanunsuz və əsassız sayırlar, buna görə də Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər.

Bakı Apelyasiya Məhkəməsi müraciətə avqustun 27-də baxacaq.

MSK REAL Hərəkatının sədri, məhbus İlqar Məmmədovun sənədlərinin qəbulu müddətinin uzadılmasına dair qərar qəbul edib. MSK hesab edib ki, İlqar Məmmədov təcridxanadadır, bu baxımdan sənədlərdə poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır.
XS
SM
MD
LG