Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:27

Gənclərin miqrasiya tendensiyası


Serhan Aktoprak
Serhan Aktoprak
-
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, dünyada 214 milyon miqrant var və onların 1/8-i, yəni 27 milyonu gənclərdir. «Flashmob»a qonaq olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprakın dediyinə görə, gənclərin bəziləri ailələri ilə, bəziləri isə təhsil, iş üçün xarici ölkələrə miqrasiya edir:

«Əvvəllər Azərbaycandan «beyin axını» güclü idi, amma son dövrlər özəl və dövlət sektorunda iş imkanlarının genişlənməsi səbəbindən xaricdə təhsil alan və xaricdə yaşamaq istəyənlərin sayı azalır. Bu, təbii bir şeydir. Burda edilməsi gərəkən şey insanların məlumatlı şəkildə, tələsmədən, məcbur olmadan verdikləri qərarları alqışlamaqdır. İnsanlar var ki, doğulduqları ölkədə az yaşayıblar, həyatlarının qalanını müxtəlif ölkələrdə yaşayıblar. Yetər ki, insanlar dilədikləri kimi yaşamaq, hərəkət etmək azadlığına sahib olub, bunu dəyərləndirsinlər. Azərbaycandan daha əvvəl işləmək üçün, xaricdə təhsil almağa gedənlər ciddi bir şəkildə geri qayıdırlar. Maraqlı ideyaları gətirə biləcək olan gənclik Azərbaycanın gələcəyidir».

Azərbaycanla bağlı statistikaya gəlincə, Serhan Aktoprak deyir ki, xarici vətəndaşların ölkəyə gəlib-getməsi ilə bağlı 2012-ci ildə Azərbaycanda pozitiv balans olub. 2012-ci ildə 3 milyon 802 min 153 Azərbaycan vətəndaşı Azərbaycana gəlib, 3 milyon 826 min 781 nəfər isə ölkədən gedib. Gedənlərin sayı keçən il çox olsa da, 2011-ci ildə gələnlər çox olub:

«Ümumiyyətlə, ölkələrlə bağlı statistika demək asan deyil, amma cazibə mərkəzi olan ölkələr var. Bunlar Avropa İttifaqı ölkələri, ABŞ, Kanadadır və sair. İnsanların maraqlı bildikləri, təhsil sistemi baxımından qabaqcıl hesab edilən ölkələr var. Bundan başqa gənclərin nizamlı, qanunauyğun miqrasiyasının yanında təhlükələr də var».

Vüqar Bəhmanzadə
Vüqar Bəhmanzadə
«BURDA EVDƏN ÇIXANDAN ƏSƏB, STRESS KEÇİRİRİK»

«Flashmob»un digər qonağı olan gənc Vüqar Bəhmanzadə 4 ay Birləşmiş Ştatlarda, 2 ay isə Almaniyada yaşayıb. Deyir gələcəkdə xaricdə daimi yaşamaq barədə planları da var. Təhsil üçün xaricə gedib, sonra iş tapıb, orada yaşamaq istəyər. Çünki:

«Bir az fərdiyyətçi insanam, Azərbaycan cəmiyyəti elə qurulub ki, kollektivlikdir. Ailə, qohum-əqrəba ilə yaşamağa məcburuq. Amma Amerikada heç kim heç kimin işinə qarışmır, problem yaratmır. Sən çox rahat şəkildə tək yaşaya bilərsən, sən hiss edirsən ki, dövlət səni sevir, yanındadır. Təhsilin, səhiyyən, nəqliyyatın, işin normasındadır. Həyatda qalmaq mücadiləsi vermirsən, həyatını yaşayırsan. Biz burda evdən çıxandan əsəb, stress keçiririk. İnfrastrukturun olmaması insanı bezdirir».

Vüqarın fikrincə, statistikadakı miqrant gənclərin sayı - 27 milyon az rəqəmdir:

«Gənc dediyimiz enerjili olmalıdır. Azərbaycanda gənclər xarici ölkələrə hətta qısa müddətlik də olsa, çıxmağa cəhd etmirlər».

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG