Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:34

Milli Şura üzvləri müraciət ünvanlayıb


Milli Şuranın 21 avqustda qapalı keçən toplantısına qatılmayan üzvləri müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsi Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun deyil. Bu yol seçkilərdə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır.

Müraciətdə deyilir ki, müstəqil üzvlər avqustun 21-də keçirilməli olan sessiyanın 26-na ertələnməsini çox təhlükəli və olduqca riskli hesab edirlər. Onlar bu razılaşmanı yanlış hesab edir, razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin - ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirlər:

«Bizlər «El» Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyini qınayır və anlamırıq. Təəssüf ki, bu partiya rəhbərləri konsensusu əsas gətirərək Milli Şuranın seçkidə iştirakı ilə bağlı qeyri-müəyyən və səbəbləri kifayət qədər qaranlıq olan durumu davam etdirir, qurumun yeni vahid namizədinin müəyyənləşməsini əngəlləyirlər».
Müstəqil üzvlər avqustun sessiyanın 26-da keçirilməsini ciddi gecikmə hesab edir, həmin gün də qəti qərarın veriləcəyinə əmin olmadıqlarını bildirirlər.

Müraciətin sonunda bildirilir ki, Milli Şuranın sessiyası təcili çağırılmalı, yeni vahid namizədin müəyyənləşməsinə qərar verilməli, qurumun seçkidə iştirakını sual altına qoyan vəziyyət aradan qaldırılmalıdır.

Müraciəti imzalayanlar arasında Cəmil Hacıyev, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Mehriban Vəzir, Şahvələd Çobanoğlu, Ülvi Həsənli, Mirvari Qəhrəmanlı və digər üzvlər var.
XS
SM
MD
LG