Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:22

Goranboydakı arxeoloji qazıntılarda yeni kənd aşkarlanıb


N. Gəncəvi
N. Gəncəvi
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədov məlumat verib. Bildirib ki, «Həmənli» (Həmidünya) adlanan kəndin bir zamanlar Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair Nizami Gəncəviyə hədiyyə edilməsi faktları var. Tapılan kəndin Həmənli olması arxeoloji qazıntılar və yazılı dəlillər əsasında sübuta yetirilib.

Arif Məmmədov bildirib ki, ərazidə həmçinin Nizami dövrünə aid xeyli sayda maddi-mədəniyyət qalıqları, məmulatlar, metal əşyalar, numizmatik materiallar, ictimai binaların qalıqları aşkarlanıb. İctimai bina qalıqları, əsasən, çiy kərpicdən hörülüb.

Nizami Gəncəvi Həmidünya kəndinin verilməsi haqqında məlumatları öz əsərlərində də bildirib. Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə bu kəndə 5 km uzunluğunda saxsı borularla su xətti çəkilir. Arxeoloq qazıntılar zamanı bu boruların aşkarlandığını deyir və bu faktın da ərazinin həmin kənd olmasını iddia edir.

Ərazidə Nizaminin əsərlərində bəhs etdiyi «Şirin bulaq» da tapılıb. Bulaqdan təxminən 150 metr məsafədə - cəmi 7 qəbirdən ibarət olan qəbiristanlıq olub. Həmin qəbirlərin də yerini müəyyənləşdirmək mümkün olub.
XS
SM
MD
LG