Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

“Martin Pajı idiot çıxarmalıyıq!”


Mövlud Mövlud
Mövlud Mövlud
-

Əsəri Azərbaycan dilinə (???) Nadir Qocabəyli çevirib. Redaktor isə meyxana verilişlərində münsiflik edən, xalqımızın böyük şairi Namiq Qaraçuxurluyla şəxsən dost olan İlqar Fəhmidir.


Mövlud Mövlud


ƏLA BOŞALMADIR...

(Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir)


“Qanun” nəşriyyatı gənc və istedadlı fransız yazıçısı, Fransa Yazıçılar Birliyinin üzvü, Fransua Olland təqaüdçüsü, “Qızıl qələm” mükafatçısı, Bu yaxınlarda Parisin “Eyfel” qəsəbəsində yazıçılar üçün tikilmiş beşmərtəbəli binanın altıncı mərtəbəsindən ev alan Martın Pajın “Mən necə idiot oldum” romanını Azərbaycan dilində (???) çap etmişdir.

Öz əsərlərində dost və qardaş Fransız xalqının humanizm ideyalarını təbliğ edən Martin Pajın əsərinin doğma dilimizdə (???) çap olunması zəhmətkeşlərimizi sevindirmiş və onların qəlblərini riqqətə gətirmişdir.

Geniş xalq kütlələri əllərində tutduqları üç manat qırx qəpiklə (Kitab bu qiymətlə satışa çıxarılıb.) şəhərimizdəki kitab dükanlarının qabağını kəsdirmiş və bu kitabı əldə əldə etmək üçün əməlli-başlı basabas yaratmışdır.

Eşq olsun!

Biz də öz növbəmizdə bizim üçün ayrılmış köşə yerindən kitabsevər Azərbaycan xalqının salamlarını Fransa zəhmətkeşlərinə çatdırırıq.

Əsəri Azərbaycan dilinə (???) Nadir Qocabəyli çevirib. Redaktor isə meyxana verilişlərində münsiflik edən, xalqımızın böyük şairi Namiq Qaraçuxurluyla şəxsən dost olan İlqar Fəhmidir.

“Mən necə idiot oldum”u oxuduqca siz Nadir bəylə İlqar qədeşin əsərin adından ilhamlanaraq sözü bir yerə qoyduğuna şahid olacaqsınız: “Martin Pajı idiot çıxarmalıyıq!”

Beləliklə, bu tərcümədən dərlədiyimiz dürlü-dürlü cümlələri sizə təqdim edir, oxucularımıza uzun ömür, can sağlığı arzu edirik:

“Hələ uşaqkən, yeddi yaşı olanda özünü əlli yaşındakı kimi yorğun hiss edir, on bir yaşında isə yetmiş yaşlı qoca kimi son xəyalları da yelə vermişdi”.

“Mövzuya birtəhər yaxınlaşaraq böyük şagird dəftərinin xeyli vərəqini zay etdi və səhərə yaxın öz mövqeyini münasib şəkildə ifadə edə bildi”.


“Laminasiya olunmuş tibbi kartoçkasında qara hərflərlə beyin ölümü keçirəcəyi təqdirdə daxili orqanlarını tibbi ehtiyaclara bağışlaması və istənilən halda “Pityö-Salpetriyer”də müalicə olunmaqdansa, hasarın dibində gəbərməyə üstünlük verdiyi yazılsa da, Antuanı “Pityö-Salpetriyer” xəstəxanasının reanimasiya şöbəsinə gətirdilər”.

“Təkamül nöqteyi-nəzərindən şüur daha yaxşı uyğunlaşmanın mütləq şərti deyil”.

“Antuan üzərində iki qızılgülün arasında ay təsviri olan göy fincana hələ də qaynamaqda olan dağ su tökdü”.

“Sonra Antuan düşünmə prosesinə səbəb olacaq hər şeydən canını qurtardı”.

“Situasiyanı təhlil edən Antuan düşündü ki, bəlkə bu cür əzablı – “əzabkeş” sözündən qaçmaq üçün təəssübkeşlik onun üçüncü dünyanı istismar edən qərb kişisi kimi günahkarlıq kompleksindən doğan şəxsi peşmançılıq üsuludur”.

“İnsanı dəb arxasınca qaçaraq müntəzəm olaraq öz aparaturasını yeniləməyə məcbur edən yeni texnologiyanın qarmağına keçmək istəmədiyi üçün lazer disklərindən imtina etmiş və tamamilə ağıllı iş görərək 33 dövrəli əla valla qədimi patefonla kifayətlənirdi”.

“Bədbəxtlikdən humanist mövqeyi ucuz başa gəlmirdi”.

“Onun yüksək əxlaqi-mənəvi əqidəsinin və ciddi istehlakçı məsuliyyətinin nəticəsi
qarderobunda və daim doyunca yeməməyində görünürdü”.

“Yox, qətiyyən dolaşıq müəmmaların axtarıb-tapılmasına ehtiyac olan mürəkkəb oyunlar üzərində baş sındırmadı”.

“Lakin Antuan başa düşürdü ki, axmaqlığın kökləri şeylərin özündə deyil, onlara münasibətdədir”.

“Yeni reallığa adət və dəblərinə uyğun olaraq təşəkkür etməkdən çəkindi”.
“İndi Antuan bərbərxanaya gedib başını normal şəkildə qırxdırdı”.

“Əla boşalmadır, bugündən etibarən, ümid etdiyi kimi, gün sonunadək yığılan bütün gərginlikdən qurtulmağa kömək edəcək”.



Oxu zalı: Tərcüməçi, redaktor, yaxud naşirin də mövqeyini çap etməyə hazırıq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG