Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:04

Milli Şuranın 18 avqust mitinqi [Video/Foto]

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ciddi müdaxiləsi olmayıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını bildirirlər.

19:40 18.8.2013
AzadlıqRadiosu mitinqi canlı yayımlayıb. Mitinqdən çəkilən video-kadrlara AzadlıqRadiosunun Bambuser kanalında baxa bilərsən.
19:36 18.8.2013
Mitinq sona çatdı. Mitinqin sonunda aksiyaçılar «Azadlıq» şüarları səsləndirib.
19:33 18.8.2013
«Azərbaycanın təhsilini, səhiyyəsini məhv edirlər. Azərbaycanın sərvətlərini talan edirlər. Yeyə bildiklərini yeyirlər, digərini xaricdəki havadarlarına rüşvət verirlər. Az hissəsini isə abadlıq işlərinə sərf edirlər. Bu vəziyyət belə davam etməməlidir, bu vəziyyət dəyişməlidir. Ancaq ən ali dəyərlər naminə biz zorakılığa yol verməyəcəyik. Çıxış yolu dinc mübarizədir. Hamınızı bu mübarizənin təşkilatçısı olmağa çağırıram».

Bunu mitinqdəki çıxışında AXCP sədri Əli Kərimli deyib.

Bundan sonra mitinqdə «İlham get» şüarı səslənib.
19:17 18.8.2013
«Bu gün Əliyevlər hakimiyyətinin sonunu gətirəcək müqavimət hərəkatının başlanğıcıdır».

Bunu Müsavat Partiyası gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli deyib.
Bundan sonra aksiyaçılar «İstefa», «İlham rədd ol», «İlham gənclərdən əlini çək» şüarı səsləndirib.

Davamı

XS
SM
MD
LG