Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:52

Orxan Pamukun gələn il çap ediləcək romanından parça


Orxan Pamuk
Orxan Pamuk
-

Nobel mükafatlı yazıçı baş nazir Erdogan-ı özündən razı sultana bənzətdi


Nobel mükafatlı türk yazarı Orhan Pamuk baş nazir Recep Tayyip Erdogan-ı ömrünün qürub çağını yaşayan özündən razı, lovğa sultana bənzədib.

"Financial Times" qəzetinin əməkdaşı Simon Schama-ya İstanbulda yaratdığı Məsumiyyət Muzeyində danışan Pamuk deyib:

"O həm siyasi, həm də iqtisadi uğurlara imza atıb, amma indi qocalıb, güman ki xəstədir və Osmanlı hökmdarları sayaq bu qərara gəlib ki, artıq abidələr ucaltmaq vaxtıdır, bunu da gərək Gezi parkında - hərbi barakların yerində etsin - gərəksiz, əcaib sandığı barakların yerində.

Bəzi memarlar və Yaşıllar buna etiraz edəndəsə Erdogan düşündü ki, onların əlləri heç nəyə çatmayacaq.

Beləcə, o tamamən yanlış yolla getdi. Onlara gözyaşardıcı qazla hücum çəkdi, əllərini yandırdı və bu da "Təhrir" effekti verdi; insanlar tvitləşib aşırı güc qarşısında özlərini müdafiə etməyə qalxdılar".

Jurnalist, Pamukla Türkiyədə ifadə azadlığının vəziyyəti haqda danışmaq istəyəndə, o, durumun "hələ də yaxşı olmadığını" deməklə kifayətlənib və əlavə edib ki, belə məsələlər haqda ən radikal fikirləri onun romanlarında yer alıb. O, sərt bəyanatlar verməyi xoşlamır, güclü romanlar yazmağa çalışır:

"Mənim yaratdığım dünyada bütün qəhrəmanlar qismən haqlıdırlar. Hətta insanlara güllə atan islamçı da. O, dəli deyil, onun nəzər nöqtəsi var... Roman elə bir məkandır ki, sən başqalarının belə insanları anlaması üçün şərait yaradırsan".

Müsahibədə diqqəti çəkən daha bir məqam Orxan Pamukun yeni "girlfriend"i haqda qeydlərdir. Pamuk jurnalistlə balıq qonaqlığı verəndə, Əsli adlı həmin qadın məclisə yazıçının keçmiş həyat yoldaşından olan qızı Röya ilə gəlib.

(Yəqin ki bu müsahibədən xəbər tutan türk mətbuatı onun kimliyini aydınlaşdıracaq).

www.hurriyet.com.tr isə Orhan Pamukun 2014-cü ildə "Yapı Kredi Yayınları"nda çıxacaq "Kafamda Bir Tuhaflık" romanından yazarın özünün seçdiyi bir bölümü çap edib.

Burda oxu

Həmin bölümdə əsərin qəhrəmanı Mevlut Karataşın orta məktəb illəri anladılır. Bölüm yazarın tezliklə yayınlanacak “Ben Bir Ağacım” kitabında da yer alır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG