Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:34

«Rüstəm İbrahimbəyovun qadağan olunmuş müsahibəsi» [VİDEO]


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-

Milli Şuranın sədri, müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun rus dilində video-müsahibəsi yayılıb. İki hissədən ibarət olan və bir saata yaxın davam edən video müsahibədə İbrahimbəyov Azərbaycan hakimiyyətini tənqid edir.

Video «Rüstəm İbrahimbəyovun qadağan olunmuş müsahibəsi» adlanır. Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov AzadlıqRadiosuna İbrahimbəyovun müsahibəsinin Rusiyada çəkildiyini və bir gün əvvəl Bakıya göndərildiyini deyib:

«O video Moskvada rusiyalı jurnalistlər tərəfindən çəkilib və Bakıya göndərilib. Avqustun 16-da «Youtube» portalına yerləşdirilib».

Videoda Rüstəm İbrahimbəyov onu Azərbaycanda ictimai-siyasi proseslərə qoşulmağa vadar edən səbəblərdən danışır:

«... vaxtı ilə Azərbaycan SSRİ-yə rəhbərlik edənlər, xalq cəbhəsinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparanlara qarşı vuruşanlar sonradan patriot və demokratların cərgəsində oldular. Mən siyasətə öz istəyimlə gəlmədim. Mən bir sıra çıxış və məqalələrimdə təhsilin acınacaqlı vəziyyətdə olduğunu demişəm. Bildirmişəm ki, çox aşağı təhsillilər asanlıqla yuxarı pillələrə qaldırılır. Sonra Azərbaycan hakimiyyəti mənə qarşı vahid cəbhədə birləşdi. Bu da məni təəccübləndirmədi. Çünki intellektual keyfiyyətləri aşağı olan adamlar yüksək vəzifələr tutublar. Prezident Administrasiyasının işinin aşağı səviyyəsi də bununla bağlıdır. Bu adamlar uzaqbaşı «JEK» müdiri işləyə bilərlər. Hərçənd, bu peşə də müəyyən intellektual səviyyə tələb edir. Sonra mən məqalələrimin birində qeyd etdim ki, əgər ölkəmizin 20 faizi ermənilər tərəfindən işğal olunubsa, qalan 80 faizi də aşağı intellektə malik insanlar tərəfindən zəbt edilib, amma biz nəyə görəsə bununla mübarizə aparmırıq. Bütün bu fikirlərimdən sonra məni Milli Məclisdə də müzakirə etdilər...».

Daha sonra Rüstəm İbrahimbəyov Rusiyanın adamı olması barədə ona qarşı səslənən ittihamlara münasibət bildirir və qeyd edir ki, əslində İlham Əliyevin özü Rusiyanın layihəsidir:

«Belə ki o, üç nəhəng dövlətin - Rusiya, Amerika və Türkiyənin dəstəyi ilə saxtalaşdırılmış seçki nəticələri ilə faktiki olaraq Azərbaycan prezidenti təyin edilib».

R. İbrahimbəyov Rusiya və müxtəlif ölkələrdə xeyli sayda adamın Azərbaycan hakimiyyəti tərəfindən pulla ələ alındığını iddia edib.

Video müsahibəni ətraflı burdan izlə:

Birinci hissə:



İkinci hissə:


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG