Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

"Quqark" rus dilində!


Book by Seymur Bayjan
Book by Seymur Bayjan
-

"Alatoran yayınları" seriyasından Seymur Baycanın “Quqark” romanı dərc olunub. Kitab rus dilindədir. “Apostof” nəşriyyatında 500 tirajla nəşr olunan kitabı rus dilinə Fərican Yaren tərcümə edib.

Yazıçı romanı ilk növbədə ölkədən kənarda yaşayan dostlarına göndərəcək:

“Əsəri Azərbaycan dilində oxuyan oxuyub, mən sadəcə kitabı xaricdəki dostlarıma göndərəcəm. Hansılar ki, bu vaxta qədər oxumaq istəyirdilər, amma imkanları yox idi. Gürcüstanda olan, Rusiyada yaşayan, Ukraynada yaşayan, Avropa ölkələrində yaşayan insanlar var ki, illərdir münasibətimiz var. Seminarlarda, konfranslarda tanış olmuşuq. Onların xəbəri var idi, çoxdan oxumaq istəyirdilər. Görürdülər, nə isə eşidirdilər. İlk işim kitabı onlara çatdırmaq olacaq”.

Başqa nəşriyyatlarla da əlaqə yaradacağını söyləyən Seymur Baycan Azərbaycan dilində kitabı harasa təqdim etməyin mümkünsüz olduğunu söylədi: “Xaricdə təsdiq olunmayınca burda vəziyyət çətin olur. “Quqark” haqda xeyli yazılar yazıldı, müzakirələr aparıldı. Məni təbrik etdilər ki, 1500 kitab satmısan. Bəziləri üçün bu uğur sayılır. Amma mənim üçün bu uğur filan deyil. Ölkənin ən populyar qəzetlərinə, saytlarına müsahibə vermişəm. Müxtəlif yaş kateqoriyasına aid insanlar bu kitab haqda nə qədər danışdı. Cəmi 1500 kitab satılıb və bunu uğur sayırlar. Düzdür, ola bilər bu kimlər üçünsə uğurdur və 2-3 il bundan əvvəlki vəziyyətlə müqayisədə bir az irəliləyiş var. Amma mən bunu uğur hesab etmirəm”.

Cəmiyyətin yeni insana, yeni ədəbiyyata qarşı qərəzli olduğunu bildirən yazıçı qüvvəsini kənara sərf edəcəyini bildirdi.

2011-ci ildə çap olunan "Quqark" romanı Qarabağ münaqişəsi haqdadır. Kitab konfliktin necə başlanmasından, dinc şəraitdə yaşayan iki xalqın – azərbaycanlılar və ermənilərin birdən-birə necə düşmən olmasından bəhs edir.

kulis.az
XS
SM
MD
LG