Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:02

İlham Əliyev Abdulla Güllə görüşüb


Ilham Əliyev və Abdulla Gül
Qəbələdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III sammiti başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev sammit çərçivəsində türkiyəli həmkarı Abdullah Güllə görüşüb.Görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçılarının zirvə toplantısı avqustun 16-də keçiriləcək.Sammitdə əsasən nəqliyyat və gömrük qaydalarının sadələşdirilməsi məsələləri müzakirə olunacaq, sonda birgə bəyannamə imzalanacaq.

Qeyd edək ki, avqustun 15-də isə xarici işlər nazirlərinin görüşü olub.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG