Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:21

Azərbaycan Əfqanıstana 1-2 milyard dollar sərmayə yatırmağı planlaşdırır


«Azərbaycan yaxın gələcəkdə Əfqanıstana təxminən 1-2 milyard dollar sərmayə yatırmağı planlaşdırır»

Əfqanıstanın «Ariana news» agentliyinin avqustun 14-də yaydığı məlumata görə, bunu Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.

Səfir altı azərbaycanlı sərmayədarın xarici investisiyalar üçün imkanları yaxından araşdırmaq üçün Əfqanıstana gəldiyini bildirib:

«Beş il əvvəl azərbaycanlı sərmayəçi öz əfqan tərəfdaşı ilə Əfqanıstanda neft hasilatı sahəsinə 30 milyon dollar yatırıb. Biz yaxın gələcəkdə Əfqanıstanın özəl və dövlət sektorlarına 1-2 milyard dollar sərmayə yatırmağa hazırıq» deyə, Şikarov bildirib.

Agentliyin məlumata görə, Məzari-Şərifdə Əfqanıstan və Azərbaycan sərmayəsi hesabına neft emalı zavodu fəaliyyətə başlayıb. Hazırda bu zavod gündə 500 ton xam neft emal edir, onun istehsal gücünü gündə 1500 tona çatdırmaq planlaşdırılır.
XS
SM
MD
LG