Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:13

Seçkiləri izləmək istəyən yerli müşahidəçilərin sayı artıb


Azərbaycanda prezident seçkilərini müşahidə etmək məqsədilə artıq 44 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Trend-ə bildirib ki, müraciət edən müşahidəçilərin hamısı qeydə alınıb və onlara vəsiqələr veriləcək.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
XS
SM
MD
LG