Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:02

Misirdə qanlı toqquşmalar, vitse-prezident istefa verdi


Misirdə qanlı toqquşmalar
Misirdə qanlı toqquşmalar

15 AVQUST - MİSİRDƏ FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ ELAN OLUNUB

Misir boyunca toqquşmalarda təxminən 280 adamın öldüyü, 2 mindən artıq xəsarət alanın olduğu bildirilir. Misirin təhlükəsizlik qüvvələri ötən gün Qahirədə devrilmiş prezident Muhammad Morsi-nin tərəfdarlarının qurduğu iki düşərgəni dağıdıb.

Rəsmilərin dediyinə görə, ölənlərin 235-i dinc sakin, 43-ü təhlükəsizlik qüvvələrinin üzvləridir.

Müsəlman Qardaşları hərəkatı ölüm sayının daha yüksək olduğunu bildirir.

Dünənki qanlı olayların ardınca ölkədə 1 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Müvəqqəti hökumətin vitse-prezidenti, Nobel mükafatçısı Mohammad al Baradei istefa verib.

Türkiyə, İran, ABŞ və Avropa Birliyi Misirdə baş verən toqquşmaları pisləyib.

14 AVQUST - MİSİRDƏ TOQQUŞMALAR

Misir
Misir
Misirdəki müvəqqəti hökumətin vitse-prezidenti Mohammad al Baradei istefa verib.O istefa ərizəsində 1 damla qana görə belə cavabdehlik daşıya bilmədiyini qeyd edib.

Misir hakimiyyəti bugünkü toqquşmalarda 149, Müsəlman qardaşları hərəkatı isə 2 mindən çox adamın öldürüldüyünü deyir. Məlumatlara görə, Sky News televiziya kanalının teleoperatoru Mik Din, Müsəlman qadaşları hərəkatının rəhbər üzvlərindən olan Mohammad al Beltaqinin 17 yaşlı qızı Asma al Beltaqi də ölənlər arasındadır. Mohammad al Beltaqi isə hazırda axtarışdadır.

Hərbçilər ölkədə 1 aylıq fövqəladə vəziyyət rejimi elan edib.

Müvəqqəti hökumət ölkədə qayda-qanunu bərpa etmək üçün, orduya polisə kömək etməyi göstəriş verib.Hərbçilər bu gün səhər devrilmiş prerzident Mohammad Morsi tərəfdarlarının şəhərdə qurduğu iki düşərgəni dağıdıb.Polis aksiyaçılarda silah olduğunu bildikdən sonra atəş açmalı olduğunu deyir.Həmçinin ölkənin digər yerlərində Morsinin tərəfdarları ilə hərbçilər arasında toqquşmalar olub.

Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Türkiyə baş verənləri qəbuledilməz adlandırıb və BMT-nin təhlükəsialik şurasını tədbirlər görməyə çağırıblar. Türkiyənin baş naziri Recep Tayyip Erdoğanın ofisi BMT bə Ərəb Dövlətləri Liqasını repressiyaları təcili dayandırmağa çağırıb.

Müsəlman qardaşları hərəkatını təmsil edən Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb. Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG