Keçid linkləri

Təcili xəbərlər
2022, 20 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:16

Tovuzda bir nəfər Kürdə batıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsinin yaydığı məlumata görə, hadisə Kür çayının Tovuz rayonu, Xatınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Batan şəxs Xatınlı kənd sakini, 1983-cü il təvəllüdlü Ceyhun Məmmədovdur.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlanılıb.
XS
SM
MD
LG