Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:10

"Kənar şəxslərə giriş qadağandır"


Moskvada miqrantlara qarşı polis reydi
“Rusiyaya qıraqdan gələnlərin çoxluğu Rusiya üçün mənfi haldır”- Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzinin son sorğusuna görə, rəyi sorğulanların 74 faizi belə düşünür. 5 ilı qabaq belə deyənlər 68 faiz idi.

Kənardan gələnlərin çoxluğuna pis baxanlar ən çox Moskvada və Peterburqdadır – 84 faiz.

Siyasi partiyalar arasında “Ədalətli Rusiya” tərəfdarlarının 85 faizi başqa ölkələrdən gələnlərin çoxluğuna pis baxır.

Rəyi soruğulanların 65 faizi deyib ki, miqrantlar cinayətkarlığı artırır. 40 faiz isə hesab edir ki, onların Rusiya iqtisadiyyatına heç bir xeyri yoxdur.
Rusiyanın miqrasiya xidmətinin məlumatına görə. Rusiyada 5 milyon miqrant var, bunun da 3 milyonu qeyri-leqal miqrantdır.

Rəy sorğusunda immiqrasiya qanunlarını sərtləşdirməyi vacib hesab edənlər 53 faizdir. 5 il əvvəl bunlar 46 faiz idi.

Rəyi soruşulanların 10 faizi hesab edir ki, xaricdən miqrantların gəlməyini tamamilə qadağan etmək lazımdır.

Eyni zamanda immiqrasiya qanunlarını yumşaltmağı təklif edənlər də var - 6 faiz.

Rəyi soruşulanların 26 faizi hesab edir ki, immiqrasiya qanunlarını yalnız rus dilini bilməyənlərə və keçmiş SSRİ-nin vətəndaşı olmayanlara qarşı sərtləşdirmək lazımdır. Hakim Vahid Rusiya partiyasının və Kommunist partiyasının tərəfdarlarının 29 faizi bu fikri bölüşür.

Son 7 ilin rəy sorğularını götürəndə, Rusiyada miqrantlara münasibət davamlı olaraq pisləşir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG