Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

E. Ağalarov: «Azərbaycanda ən böyük proqram göstərən sənətçiyəm»


Mətbuat icmalı
Mətbuat icmalı
-

MALDİVDƏ VƏFAT ETMİŞ DİPLOMATIN ATASI «YENİ MÜSAVAT»A DANIŞDI

İyulun 25-də Maldiv adalarındakı hotellərdən birində müəmmalı şəkildə vəfat etmiş Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Tural Qurbanovun atası Habil Qurbanov «Yeni Müsavat» qəzetinə danışıb. T. Qurbanovun müəmmalı ölümündən sonra dolaşan xəbərlərə görə, o, MTN xətti ilə Almaniyaya göndərilib. Uzun illər daxili işlər orqanlarında və prokurorluqda çalışan Habil Qurbanov qəzetə deyib ki, oğlu Maldiv adalarına getməzdən öncə məzuniyyətdə olub:

«Maldivə gedəndə məzuniyyətinin bitməsinə 1 həftə qalmışdı. Maldiv adalarına gedib istirahət edəndən sonra işinə, Almaniyaya qayıtmalı idi. İyulun 25-də mənə xəbər verdilər ki, orada keçinib. Orada meyitinə baxdım, bədənində heç bir xəsarəti yox idi. Orada polis araşdırma apardı, ekspertiza təyin olundu. 10-15 günə ekspertizanın rəyi də veriləcək səfirliyə. Ekspertlərin ilkin rəyi belə oldu ki, damarında tromb olub və damarı partlayıb, ürək çatışmazlığından dünyasını dəyişib».

«AZƏRBAYCANDA ƏN BÖYÜK PROQRAM GÖSTƏRƏN MÜĞƏNNİ MƏNƏM»

Çərşənbə axşamı Londonun «Metro» qəzetində dərc olunan müsahibəsində Emin Ağalarov Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsində çıxış etməsindən, aldığı ən bahalı əşyadan və Dünya Gözəli müsabiqəsinə yanaşmasından danışıb.

«Bəzi adamlar deyir ki, bu çıxış imkanını sizə prezidentin kürəkəni olduğunuza görə veriblər. Bunun rolu olubmu» sualını Emin Ağalarov belə cavablandırıb:

«Mən Azərbaycanda ən böyük proqram göstərən sənətçiyəm. Əgər qayınatam prezident olmasaydı da, mən bütün hallarda orada («Eurovision» müsabiqəsində) olacaqdım. İki interval oldu, mən onlardan yalnız birində çıxış etdim. Mənim orada iştirakım rasional və məntiqli idi».

HÖKUMƏT «İPOTEKA «İNQİLABINA» HAZIRLAŞIR

«Bizim yol» qəzeti yazır ki, ipoteka kreditlərinin şərtləri ilə bağlı «inqilabi» dəyişikliklər gözlənilir. «Aldığımız məlumata görə, yeni qaydalarda ilkin ödəniş olmayacağı, faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Girov predmeti kimi isə yeni tikilən binaların da iştirakı mümkündür. Hazırda bununla bağlı Mərkəzi Bankın mütəxəssisləri tərəfində müzakirələr aparılır. İpoteka kreditlərinin yeni şərtləri ilə bağlı strategiya ilin sonlarınadək açıqlanacaq. Ekspertlər modellər üzərində araşdırmalar aparır. Bu yaxınlarda Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev gənclərə ipoteka kreditlərinin verilməsi ilə bağlı hökumətə təqdim edilən təkliflərin də müzakirə olunduğunu deyib».

MODERN AZƏRBAYCAN DÖVLƏTİ MODELİ

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli www.yap.org.az saytına müsahibə verib. Hadı Rəcəbli hakim partiyanın sosial siyasətindən, Heydər Əliyev Fondunun layihələrinin əhəmiyyətindən danışır. Onun fikrincə, «xalq 2013-cü ildə keçiriləcək prezident seçkilərində də kimə səs verəcəyini bilir - bu, cənab İlham Əliyevdir».

Niyə məhz İlham Əliyev sualının cavabı isə hər kəsə gün kimi aydındır: son illərdə Azərbaycanda həyata keçirilən quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi bu işin təməlini qoyanın özü tərəfindən də davam etdirilməlidir, torpaqlarımızı erməni işğalından azad edərək qələbə paradını da məhz Prezident İlham Əliyev qəbul etməlidir. Çünki bu, Onun danılmaz haqqıdır. Və bir də ona görə ki, cənab İlham Əliyev daim xalqa arxalanır, xalqdan güc alır və Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi bir az sonra qeyd edəcəyimiz bir sıra keyfiyyətləri ilə istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda böyük hörmət və nüfuz qazanmışdır.…İctimai rəy göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG