Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:27

İran prezidenti qərbi ciddi dialoqa çağırıb


Hassan Rohani
Hassan Rohani
Iran prezidenti Hasan Rohani ölkəsinin nüvə proqramı ilə bağlı qərb ölkələri ilə ciddi danışıqlara hazır olduğunu bəyan edib.O qeyd edib ki, əgər bütün tərəflər siyasi iradə nümayiş etdirsə məsələ yoluna qoyula bilər.

O ABŞ-ın indiyədək qarışıq siqnallar göndərdiyini və İrana qarşı son sanksiyaların səmərəsiz olduğunu vurğulayıb. Rohani qeyd edib ki, danışıqları dalandan əlavə sanksiyalar yox, diplomatik yolla çıxarmaq olar.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG