Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:38

Pakistanda sərnişin qatarı partladılıb


Foto arxiv
Foto arxiv
Pakistanda sərnişin qatarında törədilən partlayışda azyaşlı uşaq ölüb, 14 nəfər isə xəsarət alıb.Yaralılardan 3-ü ağır vəziyyətdədir.

Partlayış Pəncab əyalətində baş verib.Qatar Lohardan Karaçi şəhərinə gedirmiş..

Dəmir yol nəqliyyatı naziri Saad Rafiqin məlumatına görə vaqonun tualetinə bomba qoyulubmuş. Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
XS
SM
MD
LG