Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:03

Ramazan bayramı ilə bağlı sərnişin qatarlarının sayı artırılır


«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Trend-ə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən məlumat verilib.

Məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Məlumat üçün bildirək ki, bu gündən etibarən Bakı-sərnişin stansiyasının 2 saylı kassasında Rusiya Federasiyasında və ordan Qazaxıstana hərəkəti edən sərnişin qatarlarına və Azərbaycana geriyə bilet satışına başlanıb.
XS
SM
MD
LG