Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 19:48

Vaşinqton ABŞ-Rusiya sammitinə yenidən baxacaq


Jay Carney
ABŞ Rusiyanın Edvard Snowdenə siyasi sığınacaq verməsindən təəssüf bildirib. Ağ evin mətbuat katibi Jay Carney bu gün bildirib ki, Vaşinqton bu ilin sentyabrında Moskvada keçiriləcək ABŞ-Rusiya sammitinin mənasına yenidən baxacaq.

Rusiya bu gün ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowdenə 1 illik siyasi sığınacaq verib.

Snowden iyunun 23-dən Şerementiyeva hava limanındakı tranzit zonadaydı. O Moskvaya Honkonqdan gəlib.Snovdenin artıq tranzit zonadan çıxaraq təhlükəsiz yerə getdiyi bildirilir.

ABŞ onu casusliqda ittiham edir. Snowden buy yaxınlarda ABŞ-da gizli internet və telefon müşahidə sistemi olması barədə məlumat yayıb.Vaşinqton onun verilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG