Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:03

Rusiya bazarlarında qafqazlılara verilən sual


Moskva bazarlarında yüzlərlə adam həbs edilib
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Moskva bazarlarında yüzlərlə adam həbs edilib

-
Son günlər Moskva bazarlarında qafqazlıların saxlanması Rusiyanın başqa şəhərlərində də əks-səda verir: millətçilər əl-qol açır, özbaşına reydlər keçirilir. Bunu «Youtube» sosial şəbəkəsində yerləşdirilən videogörüntülərdən izləmək olar. Belə çəkilişlərdən Peterburqda da aparılıb. Bir qrup millətçi əllərindəki kamera və telefonlarla olayı görüntüləyir, onların başqa bir qrupu dəyənəklərlə qafqazlı satıcılara hücum çəkərək mallarını yerə tökür və sonra da gülərək «Bu gün külək möhkəm əsir» deyir. Qrup üzvləri qafqazlılardan – onların arasında azərbaycanlı satıcılar daha çoxdur, – tez-tez soruşurlar: «Niyə öz ölkənizdə işləmirsiniz? Niyə öz günəşli ölkənizi tərk etmisiniz?».

Əlidəyənəkli millətçilər satıcı qadınların qollarının burularaq aparılmasını alqışlayırlar və «Rus milisinə eşq olsun!» – deyirlər.

Moskva bazarında polis reydi - 30 iyul 2013
Moskva bazarında polis reydi - 30 iyul 2013
««QARALARA» MÜNASİBƏT PİS DEYİL»

Peterburq bazarlarının birində alver edən Teymur Məmmədov, hələlik, bu cür halların çox da yayılmadığını bildirir:

«Piterdə, ümumiyyətlə, «qaralara» – bizlərə elə də pis yanaşmırlar. Amma olur da... Meşə çaqqalsız olmaz. Müəyyən qüvvələr var, təzyiq üçün saxlayırlar. Bizə hələlik rast gəlməyib. Səs-küyə səbəb olan bir şey yoxdur. İndi nə baş verirsə, Moskvadadır. Orada güclü «şmon» edirlər (həbsxana slenqidir və kameraya qəfil müdaxiləni, hər şeyin və üst-başın yoxlanması nəzərdə tutulur – red.). Rəhbərlik tapşırıq verib ki, sökün-dağıdın».

Düzdür, Teymur Məmmədov baş verənlərin Peterburqadək gəlib çıxacağını istisna etmir və bəzilərinin səksəkə içində gözlədiyini də deyir.

«200 AZƏRBAYCANLI SAXLANMAYIB!»

İyulun 30-da Moskvadan xəbər gəldi ki, Rusiya OMON-u azərbaycanlıların kütləvi şəkildə alver etdikləri «Teplostan» topdansatış mərkəzinə basqın edib və 200 azərbaycanlını saxlayıb.

Dəfələrlə müraciət edilsə də, Diasporla İş üzrə Dövlət Komitəsindən AzadlıqRadiosunun bu haqda suallarını cavablandırmadılar. Ancaq Komitənin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm modern.az-a açıqlamasında 200 nəfər azərbaycanlının saxlanılması faktını yalanlayıb. O, reyd zamanı 22-23 nəfər qafqazlının saxlanıldığını və həmin şəxslər arasındakı azərbaycanlı sayının məlum olmadığını bildirib.

Moskva bazarında polis reydi - 30 iyul 2013
Moskva bazarında polis reydi - 30 iyul 2013
Elşad Miraləmin sözlərinə görə, Rusiya qanunvericiliyinə əsasən, dövlət orqanları qeyri-leqal miqrantlarla bağlı vaxtaşırı reydlər keçirir və bu günlərdə də növbəti reyd gerçəkləşdirilib.

Komitə rəsmisi onu da deyib ki, saxlanan azərbaycanlıların sənədləri yoxlanılır və sənədlər qaydasındadırsa, tutulanlar sərbəst buraxılacaqlar:

«Sənədləri tam olmasa, düzəltməyi tələb edəcəklər, əks təqdirdə ölkədən deportasiya olunacaqlar».

AZƏRBAYCANA TƏZYİQLƏR, YOXSA AYRI-SEÇKİLİK?

Yurddaş Partiyasının sədri Mais Səfərli bazarlara hücumun narahatlıq doğurduğunu düşünür:

«Rusiyada 2 milyon azərbaycanlı yaşayır və onlar uzun müddətdir Rusiyada məskunlaşaraq çörəkpulu qazanırlar. Bu ölkədə yaşayan azərbaycanlılara son 10 ildə münasibət yaxşılaşmışdı. Amma yenə də ara-sıra azərbaycanlılar incidilir, əsassız yoxlamalar aparılır, çalışdıqları bazar bağlanır və s... Mən azərbaycanlılarla söhbət edirəm, bəziləri bunu Azərbaycana təzyiq, bəziləri də ayrı-seçkilik kimi dəyərləndirirlər. Rusiya rəsmiləri ilə danışanda deyirlər ki, yoxlamalar qanun çərçivəsindədir, miqrasiya siyasəti sərtləşdirilir və s.».

«PUTİNİN SƏFƏRSONRASI MARAQLIDIR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, rəsmilər bunu qayda-qanun yaratmaq kimi izah etsələr də, bu cür yoxlamalar artıq Rusiyada təzyiq alətinə çevrilib:
Elxan Şahinoğlu
Elxan Şahinoğlu

«Belə baxanda baş verənlərin azərbaycanlılara dəxli yoxdur. Dağıstanlı bir nəfər qanunu pozub. Amma Rusiyada buna baxmırlar. Qafqazlıları eyni gözdə görürlər. Ümumiyyətlə, Rusiya miqrasiya qaydalarını getdikcə sərtləşdirir. O üzdən bunu tək azərbaycanlılara bağlamaq olmaz».

Elxan Şahinoğlu baş verənlərin Rusiya prezidenti Vladimir Putin-in Azərbaycana səfəri ərəfəsinə təsadüf etdiyini də yada salır. Onun sözlərinə görə, yəqin Putinin Azərbaycandan istəkləri var və istədiyi alınmasa, Kremlin təzyiqləri arta bilər:

«Həmin təzyiqlərdən biri də Rusiyadakı azərbaycanlıların sıxışdırılmasıdır. Yaxşı bilirlər ki, onların qazandığı pulla Azərbaycanda xeyli adam dolanır. Amma mənim üçün Putinin səfərsonrası maraqlıdır. Seçkiyə gedən Azərbaycan rəhbərliyi nə Qərblə, nə də Rusiya ilə problem yaşamaq istəyir. Artıq Qərbə doğru bəzi addımlar atılıb, enerji layihələri imzalanıb. İndi qalır Rusiya. Bakı növbəti 3 ayda Kremli yumşaltmağa çalışacaq».

Mətbuatda Rusiya dövlət başçısının avqustun ortalarında Azərbaycana rəsmi səfər edəcəyi barədə xəbərlər dolaşır.
XS
SM
MD
LG