Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Azərbaycanda daha bir jurnalist saxlanıb


“P.S.Nota” saytının redaktoru, jurnalist Sərdar Əlibəyli bu gün saxlanıb və Xətai rayon polis idarəsinə aparılıb.

Bunu AzadlıqRadiosuna hüquqşünas Namizəd Səfərov deyib. Onun sözlərinə görə, jurnalist barəsində xuliqanlıq və xəsarət yetirmə ittihamları ilə cinayət işi açılıb.
Namizəd Səfərov bunun təxribat olduğunu deyir:

“Guya kiminsə başına daşla vurub. Ancaq bu, qətiyyən ola bilməz. O, həmişə hədəfdə olduğunu bildiyindən heç kimlə savaşmaz. Dəfələrlə onu təxribata çəkiblər”.

Namizəd Səfərov deyir ki, dövlət Sərdar Əlibəyliyə vəkil təyin edib, amma ona müstəqil vəkil lazımdır.

P.S.Nota qəzetində\ hakimiyyəti tənqid edən yazılar dərc olunur. http://www.psnota.com/
XS
SM
MD
LG