Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

Kino şəhərində film kimi oğurluq baş verdi…


Bəzək əşyaları otelin birbaşa şəhərə çıxan qanadında vitrinlərə qoyulubmuş.
Bəzək əşyaları otelin birbaşa şəhərə çıxan qanadında vitrinlərə qoyulubmuş.
-
Fransanın kinofestivalla ün qazanmış Kann şəhərində film kimi bir oğurluq hadisəsi baş verib.

Tapançalı adam 136 milyonluq brilyantları təkbaşına oğurlayıb.

Dünya mediasının yaydığı xəbərə görə, iyulun 20-də Kannın adlı-sanlı «Carlton» otelində «Leviev» firmasının zərgərlik məmulatları sərgisi açılıbmış.

Sərgi avqustun sonlarınacan davam edəcəkmiş.

Bu firma İsrail milyarderi, keçmiş SSRİ vətəndaşı Lev Leviev-ə məxsusdur.

İyulun 28-də bazar səhəri «Carlton International» otelinə şəhərin məşhur Kruazet sahilindən girən üzü bağlı, boynu şərfli, əli əlcəkli soyğunçu lap filmlərdəki kimi hərəkət edib.

Birbaşa sərgiyə girib. Sərgidə 3 qoruyucu, 2 məsləhətçi-satıcı və menecer olub. Onları əlindəki silahla qorxudub və sərgidəki brilyant bər-bəzəkləri—saatları, qolbaqları, üzük və sırğaları çantasına doldurub.

Bundan sonra soyğunçu həyətə aparan qapıya tərəf gedib və gözdən itib. Onu orada kiminsə gözlədiyi güman edilir.

Əvvəlcə oğrunun 53 milyonluq bəzək əşyası apardığı güman edilirdi. Ciddi araşdırmalardan sonra bu gün məbləğin 130 milyon olduğu açıqlanıb.

Şəhər polisi soyğunçunu axtarır.

Otelin əməkdaşları sərginin yetərincə qorunmadığı barədə polisə izahat veriblər.

Bəzək əşyaları otelin birbaşa şəhərə çıxan qanadında vitrinlərə qoyulubmuş. Ən gülməlisi, şəxsi qorumaların silahı yoxmuş.

Üstəlik, Kann sərgisinin təşkilatçıları bir yanlışlığa da yol veriblər - Şəhər polisini sərginin keçirilməsi barədə məlumatlandırmağı unudublar. Halbuki, bu standart prosedur sayılır və sərginin qorunmasını təmin edir.

İlk şübhə «Çəhrayı bəbir» qrupunun üzərinə düşüb.

Bu qrup 1990-cı illərdə yaranıb və üzvlərindən çoxu keçmiş Yuqoslaviya ərazisindəndir.

Qrup zərgərlik əşyaları oğurlamaqda «ixtisaslaşıb».

İnterpolun məlumatlarında 1999-cu ildən bu yana «Çəhrayı bəbir»lərin 400 milyon dollarlıq bəzək əşyası oğurladığı əks olunub.

Bu bandanın üzvlərindən biri iyulun 25-də İsveçrədəki həbsxanadan qaçıb.

İndi polis onun bu oğurluqla bağlı olub-olmadığını arayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG