Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:48

Elmar Məmmədyarov Avropa Birliyinin rəsmisi Filip Lefortu qəbul edib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Filipp Lefort regiona son səfəri və keçirdiyi görüşlər barədə məlumat verib.
O Avropa biriliyinin regionun inkişafı və stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu, Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib.
Elmar Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və keçirdiyi son görüşlər barədə məlumat verib.
O qeyd edib ki, münaqişənin həlli prosesini ölü nöqtədən tərpətmək üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
XS
SM
MD
LG