Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

Tunisdə insanlar yenidən istefa tələbiylə meydanla axışır



Tunisdə mühavizəkar partiya liderinin – Muhammad Brahminin qətlə yetirilməsindən sonra vəziyyət yenidən gərginləşib. Həmkarlar təşkilatlarının ortaq qərarı ilə bütün uçuşlar təxirə salınıb, banklar və mağazalar bağlanıb. Müxalifətdəki mühafizəkar partiyalar və həmkarlar ittifaqları Cümə namazından sonra kütləvi tətil və mitinqə başlayıblar.

Muhammad Brahminin rəhbərlik elədiyi Ərəb Milli Xalq Cəbhəsi partiyasının sözçüsü Hamma Hammami deyib ki, “artıq ölkəni batmaqdan qurtarmaq üçün Milli Qurtuluş hərəkatı yaranmasına razılaşıblar və hakimiyyətdəki islamçı Ennahda partiyasının istefasını tələb edirlər.

Muhammad Brahmini iyulun 25-də, Respublika günündə öz evinin qarşısında qətlə yetirilib. Onun həyat yoldaşı bildirib ki, Brahminin telefonuna zəng gəlib və o, evdən çıxıb. Arvadı dərhal atəş səsləri eşitdiyini və ərinin ardınca çıxanda iki nəfərin motosikletə minib qaçdığını görüb.

Brahminin bacısı isə qətldə birbaşa olaraq hakimiyyətdəki islamçı Ennahda partiyasını ittiham edib. AMma Ennahda partiyası bu iddiaları qəti şəkildə rədd eləyib.

İyulun 26-da isə Tunisin Daxili İşlər nazirliyi faktla bağlı ilkin istintaq nəticələrini açıqlayıb. Nazir Lotfi Ben Jeddou bildirib ki, Brahmini 9 millimetr çaplı yarı-avtomatik silahdan açılan atəşlə öldürüblər. 6 ay əvvəl Brahmidən öncə Xalq Cəbhəsinə sədrlik edən Chokri Belaid də eyni silahdan öldürülüb. Daxili İşlər naziri əlavə edib ki, hər iki qətldə islamçı ekstremist Boubacar Hakimdən şübhələnirlər.

Ancaq nazirin açıqlamaları küçələrə çıxanları sakitləşdirməyib. Brahminin doğulduğu Sidi Bouzid çəhərində dünəndən bəri Daxili İşlər Nazirliyinin binası qarşısına toplaşanlar hökumətin istefasını tələb ediblər. Yaxımlıqdakı şəhərdə isə Ennahda partiyasının ofisləri yandırılıb.

Ərəb Milli Xalq Cəbhəsi partiyası hakimiyyətdə olan Ennahda partiyasının kəskin tənqidçilərindəndir. Partiyanın sədri Chokri Belaid fevralda qətlə yetirilmişdi. Bu qətldən sonra Tunisdə 2011-ci ildə avtokratik prezident Zine el-Abidine ben Alinin devrilməsindən sonra ən böyük iğtişaşlar olmuşdu. O zamanda hökumət bu qətldə radikal islamçı qrupları ittiham eləmişdi. Hökumət indi də deyir ki, bu qətli törədənlər Misirdə olduğu kimi, Tunisdə də inqilaba zərbə endirmək istəyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG